Azərbaycanda maşın aşdı: 5 yaralı - Video
Kürdəmir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qəfil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yol qəzası nəticəsində xəsarət alan 5 nəfərin şəxsiyyəti məlum olub.
“Report”un məlumatına görə, bunlar Qaradağ rayonundan olan 1983-cü il təvəllüdlü sürücü Əliyev Faiq Tofiq oğlu, sərnişinlər – 1957-ci il təvəllüdlü Qaradağ royon sakini Əliyev Tofiq Mənsim oğlu, 1953-cü il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimov Raci Vəli oğlu,1959-cu il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimova Sara Gülalı qızı, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Namazov İsrafil Məhəmməd oğludur.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
https://www.youtube.com/watch?v=7MFAlHvGlNI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir