Azərbaycanda bəzi məktəblər pullu olacaq
Azərbaycanda bəzi məktəblərə təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ verilib.
Minval.info Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.
Nizamnamənin indiyədək mövcud olan variantına əsasən, dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur. Lakin dövlət məktəblərinin dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ yox idi.
Nizamnaməyə edilən yeni dəyişikliyə əsasən isə “Təhsil haqqında” qanuna uyğun olaraq, dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.
Digər dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Nizamnaməyə edilən yeni əlavəyə əsasən, ümumtəhsil məktəblərində ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.
Bununla yanaşı, ümumtəhsil məktəblərində “Təhsil haqqında” qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
