Azərbaycanda 36 kq narkotiki gizlədən qadın saxlanıldı
Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb.
Minval.info apa-ya istinadən xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman 5.54 qram narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram marixuana da aşkar edilib.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir