Azərbaycan ərazisi ilə daşınan beynəlxalq yüklərin həcminin artması gözlənilir
“Dünyada dənizlə yük daşınmasının bahalaşması Azərbaycanın beynəlxalq daşımalardakı rolunu artırıb, hazırda ölkəmizin yük dövriyyəsində artım müşahidə edilir. Bu tendensiya bundan sonra da davam edəcək”.
Minval.info xəbər verir ki, bunu “Report”a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament rəisi Xudayar Həsənli bildirib.
Onun sözlərinə görə, daşıyıcı şirkətlərin böyük əksəriyyəti ənənəvi istiqamətlərə üstünlük versə də, daşımalarda hər hansı problem yarandığı təqdirdə Azərbaycan istiqamətinə üz tuturlar.
“Hazırda logistika şirkətləri quru yolla, daha dəqiq desək, dəmir yolu ilə yük daşınmasına üstünlük verirlər: “Bu yüklər Türkiyə və Gürcüstan daxil olmaqla Qara dəniz hövzəsi ölkələrinin ərazisindən, həmçinin bizim ərazimizdən keçir. Yəni yüklər Çindən dəmir yolu ilə Qazaxıstanın Aktau limanına gəlir, oradan Bakı Limanına gətirilir, buradan isə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Gürcüstana və Türkiyəyə göndərilir. Şirkətlər bu xəttin stabil işlədiyini görür və bundan sonra ona üstünlük verəcək. Sözügedən marşrutla Avropaya yüklər aparılıb və uzunmüddətli dövrdə onların stabil daşınması nəzərdə tutulur”, – deyə liman rəsmisi qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SOCAR İran neftinin idxalından imtina edir
Azərbaycan hökuməti neftə görə təcili toplandı: Qərar açıqlandı
Problemli kreditlərlə bağlı yeni xəbər - Rəsmi - Video
Ekspert təklifə qarşı çıxdı: Əksinə, yeni nazirlik yaradılsın
Azərbaycanda ilk dəfə yay baramasının yetişdirilməsinə başlanıldı - Fotolar
Qlobal ərzaq böhranı olacaqmı? - təhlil