Səudiyyə nefti yenidən Hörmüz boğazında!
Səudiyyə Ərəbistanı, Şərq-Qərb neft kəmərinin fəaliyyətinin dayanmasının ardından xam neft satışlarını yenidən Hörmüz boğazı üzərindən həyata keçirməyə başlayıb. Bu həftə ərzində “Saudi Aramco” Asiyadakı neft emalı zavodlarına sentyabr və oktyabr aylarında Hörmüz boğazının kənarından təhvil veriləcək təxminən 20 milyon barel xam neft satıb.
Minval.info xəbər verir ki, alıcılar arasında Çinin dövlət və özəl neft emalı şirkətləri, eləcə də Şərqi Asiyanın digər idxalçıları yer alır. Kəmərdəki fasilədən sonra “Aramco” Qırmızı dənizdəki “Yanbu” limanından bəzi Avropa müştərilərinə göndərişləri təxirə salıb. Satılan neft yüklərinin sentyabr və oktyabr aylarında Oman körfəzində gəmidən-gəmiyə yüklənərək daşınacağı bildirilir.
“Aramco” məsələ ilə bağlı hələlik açıqlama verməyib.
ƏLAQƏLİ
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?
5,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
Avropa İttifaqı 42.6 milyon barrel neft ehtiyatını tezləşdirəcək
12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq