Norm ASC 2025-ci ildə rekord gəlir əldə etdi
“Norm” ASC 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. Həmin il ərzində sement bazarının 3,5% kiçilməsinə baxmayaraq, şirkətin satışdan gəliri 6,8% artaraq 272,9 milyon manata yüksəlib. Ümumi mənfəət isə 2,1% artaraq 132,2 milyon manata çatıb.
Minval.info xəbər verir ki, şirkətin əməliyyat mənfəəti 80,1 milyon manat, vergiyə qədər mənfəəti 66,4 milyon manat, mənfəət vergisi isə 16,6 milyon manat təşkil edib. Gəlir artımına yeni biznes istiqamətləri də təsir göstərib. Beton məhsullarının satışından əldə edilən gəlir 1,1 milyon manatdan 7,2 milyon manata yüksəlib, Storm brendi altında sement əsaslı quru qarışıqlar isə şirkətə 1,3 milyon manat gəlir gətirib.
Hesabat ilində şirkət klinker məhsulunu Gürcüstana ixrac etməyə davam edib, Türkmənistan və Özbəkistana isə quyu-tamponaj sementi satışı həyata keçirilib. “Norm” ASC-nin CEO-su Henning Sasse bildirib ki, klinker istehsal gücü gündəlik 6500 tona çatdırılıb və klinker əmsalı 5% optimallaşdırılaraq 76,000 ton klinkerə qənaət edilib. Bu optimallaşdırma sayəsində CO₂ emissiyası 54,000 ton azaldılıb.
Şirkətin Maliyyə və Strategiya üzrə Baş direktor müavini Elvin Mirzəyev qeyd edib ki, 2025-ci il şirkət strategiyasının real nəticələr verdiyi il olub. Tikinti materialları seqmentində strateji təşəbbüslərə 57 milyon manata yaxın sərmayə qoyulub. Bu sərmayələr uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və inşaat materialları istehsalçısına çevrilmək hədəfini dəstəkləyir. Şirkət 2025-ci ildə korporativ sosial məsuliyyət layihələrinə 5,2 milyon manat vəsait ayırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çin SoftBank-ın ABB-nin robotika biznesini almasına mane oldu
Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb
İndoneziya iqtisadiyyatı üçüncü rübdə 5.47% böyüyüb
Emirates Group-un mənfəəti Körfəz münaqişəsi fonunda 66% azalıb
Lotereya və mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək