16.09.2026 - 18:34
İqtisadiyyat 19 baxış

Startaplar üçün dövlət qeydiyyatında yeni imkanlar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, startaplar və kiçik və orta biznes subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki yenilikləri müzakirə etmək məqsədilə onlayn görüş təşkil edib.

Minval.info xəbər verir ki, görüşdə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində mövcud olan yeniliklər” mövzusunda təqdimatla çıxış edib. O, “Bir pəncərə” sisteminin və elektron qeydiyyat imkanlarının tətbiqi, qeydiyyat prosesinin sadələşdirilməsi və sürətləndirilməsi, həmçinin “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

Görüşdə, həmçinin xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı xidmətinin əlçatan olması və kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzadan istifadə imkanının yaradılması kimi yeniliklər müzakirə olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov isə investisiya cəlbediciliyinin artırılması, innovativ sahibkarlıq ekosisteminin inkişafı və startupların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşün sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: