Azərbaycan milli futbol komandası bu gün sınağa çıxacaq
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
“Report”un məlumatına görə, bu dəfə rəqib Qazaxıstan yığması olacaq.
“Astana Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Azərbaycan millisi Qurban Qurbanovun baş məşqçi təyin olunmasından sonra ilk dəfə rəqib meydanında çıxış edəcək. Əvvəlki 4 görüşdən 2-si – Belarus (0:1) və Qırğızıstanla (3:0) oyunlar Bakı Olimpiya Stadionunda, Moldova (0:0) və Makedoniya (1:1) ilə oyunlar isə Türkiyənin Antalya bölgəsindəki “Mardan” stadionunda baş tutub.
Qurbanovun rəqib həmkarı Stanimir Stoilov Qazaxıstan yığmasının sükanı arxasında üçüncü yoldaşlıq görüşünə çıxacaq. Bu komanda əvvəlki oyunlarında Bolqarıstana 1:2 hesabı ilə uduzduğu halda, Macarıstana qalib gəlib – 3:2. Lakin bu görüşlər Macarıstanda təşkil olunub. İndi isə Qazaxıstan Stoilovun rəhbərliyi altında ilk ev oyununu keçirəcək.
İndiyədək iki komanda əsas yığmalar səviyyəsində 9 oyun keçirib. Bunlardan 2-də Azərbaycan, 3-də Qazaxıstan qalib gəlibsə, daha 4 matç heç-heçə ilə yekunlaşıb. Qurban Qurbanov futbolçu kimi millidə ilk 2 qolunu məhz bu rəqibin qapısından keçirib. Bu, 1993-cü il iyunun 8-də İranda keçirilmiş turnirdə Azərbaycan yığmasının Qazaxıstanın U-23 millisi ilə 3:3 hesablı heç-heçə etdiyi görüşə təsadüf edib.
Yoldaşlıq görüşü
5 iyun
20:00. Qazaxıstan – Azərbaycan
Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)
Astana. “Astana Arena”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sərbəst güləşçilərimiz Türkiyədən dörd medalla qayıdır
La Liqa rəhbərliyi "Real", "Barselona" və "Atletiko" bağlı qərarı açıqladı
“Qarabağ” üçün 1 oyunda 2 uğursuzluq
Dünya çempionatında partlayış etməsi gözlənilən 10 gənc futbolçu - FOTOLAR
"Qarabağ"dan ardıcıl 10-cu qələbə
Avropa Liqasının qalibi müəyyənləşdi - Fotolar
Eden Azar Bakıdakı finaldan sonra “Real”a keçəcək