Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib - SİYAHI
Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib.
Minval.info xəbər verir ki, müsabiqənin keçirilmə müddəti bir aydır. Müsahibə noyabrın 8-dən dekabrın 8-dək (hər iki tarix daxil olmaqla) davam edəcək.
Vakant yerlər aşağıdakılardır:
“İlahiyyat” fakültəsinə dekan;
“İslamşünaslıq”, “Dinşünaslıq” və “Dillər və ictimai fənlər” kafedralarına müdir;
Ərəb dili müəllimi – 0,5 yer;
Ərəb dili müəllimi – 1 yer;
Xarici dil (ingilis dili) müəllimi – 0.5 yer;
Xarici dil (ingilis dili) müəllimi – 0,5 yer;
Din fəlsəfəsi müəllimi – 0,5 yer;
Din fəlsəfəsi müəllimi – 0,5 yer;
Din sosiologiyası müəllimi – 1 yer;
Hədis, islam əxlaqı müəllimi – 0,5 yer;
Kəlam müəllimi – 0,5 yer.
Namizədlərin müvafiq ixtisasın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və elmi dərəcələri, ən azı, 5 il elmi-pedaqoji təcrübəsi olmalıdır. Sənədlər elan dərc olunduqdan sonra 1 ay müddətində qəbul edilir.
Qeyd edək ki, namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti ləngidikdə sənədlərin qəbulundan imtina olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
Tıxacda qalmaq: Gələcəyin işıqlı yoluna addım
Masazırda şagirdlər sinifsiz qalıb: Narahat valideynlər!
Sentyabrda bu bürclər üçün sevgi şansı!
3,1 milyard il əvvəl su vulkanları oyandırdı