Masazırda şagirdlər sinifsiz qalıb: Narahat valideynlər!
Masazır qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbdə 5 ‘Ç’ sinfində təhsil alan şagirdlər sinif otağı problemi ilə üzləşiblər. Valideynlər bildirirlər ki, yeni tədris ilinin başlamasına baxmayaraq, uşaqlar üçün normal sinif otağı ayrılmayıb.
Minval.info xəbər verir ki, valideyn komitəsi bu məsələ ilə bağlı məktəb rəhbərliyinə dəfələrlə müraciət etsə də, problem hələ də həll olunmayıb. İddialara görə, şagirdlər dərs zamanı məktəbin padvalına göndərilir və partaların daşınmasında iştirak etməli olurlar. Valideynlər sinif otağının şəraitindən də narazıdırlar. Onların sözlərinə görə, otaqda hava çatışmazlığı, nəmişlik və rütubət problemi mövcuddur. Pəncərələrin açılması da mümkün deyil.
Valideynlər narahatdırlar ki, bu şəraitdə uşaqların səhhəti təhlükə altına düşə bilər. ‘Biz övladlarımızı təhsil almağa göndəririk, fəhləlik etməyə yox. Uşaqları parta daşımağa göndərmək düzgün deyil. Havasız və rütubətli şəraitdə onların səhhətinin təhlükə altına düşməsindən narahatıq. Qış aylarında vəziyyətin necə olacağını təsəvvür etmək belə çətindir’, – deyə valideynlərdən biri bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?