Azərbaycan güləşçisi Avropa çempionatında erməni idmançıya qalib gələrək finala çıxıb

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
“Report” xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçinin həlledici görüşdə rəqibi Türkiyə idmançısı olacaq.
92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və final yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olacaq.
Final görüşləri Bakı vaxtı ilə 10 iyun saat 19:30-da başlayacaq.
61 kq
Bürünc medal görüşü – Ertuğrul Kahveci (TUR) – Elçin Vəliyev
1/2 final – Elçin Vəliyev – Vitalie Bunici (MDA) 5:7
1/4 final – İon Surugiu (ROU) – Elçin Vəliyev 0:10
86 kq
1/8 final – İllia Arçaia (UKR) – Hacımurad Məhəmmədsəidov 14:4
92 kq
FİNAL – Şamil Zubairov – İrakli Mtsituri (GEO)
1/2 final – Sargis Hovsepyan (ARM) – Şamil Zubairov 5:7
1/4 final – Şamil Zubairov – Batırbek Tsakulov (RUS) 10:5
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır