Azərbaycan 12 xalı Rusiyaya verdi

Bu gün Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilib.
Minval.info xəbər verir ki, müsabiqədə ölkəmizi “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edib.
Müsabiqədə ölkələrin səsverməsinə əsasən, İtaliya və Ukrayna ən yüksək – 12 xalı Azərbaycana verib. Azərbaycan isə ən yüksək – 12 xalı Rusiyaya göndərib.
Ölkəmiz İtaluyaya 1, İspaniyaya 2, Polşaya 3, Maltaya 4, Bolqarıstana 5, Ukraynaya 6, Gürcüstana 7, Qazaxıstana 8, Makedoniyaya isə 10 bal verib.
Builki müsabiqənin qalibi “Qami qami” mahnısı ilə Ermənistan təmsilçisi Malena (224 xal) oldu. Azərbaycan 151 xalla beşinci yeri tutub. İkinci pillədə Polşa (218), üçüncü yerdə Fransa (197), dördüncü yerdə isə Gürcüstan (163) qərarlaşıb.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi