Aytən Səfərova "Maşın" şouda qalmaqal yaşadığı Mətanətin bu görüntülərini yaydı - VİDEO
Aytən Səfərova sosial şəbəkədə bir vaxtlar dostluq etdiyi həmkarı Mətanət Əliverdiyeva ilə səmimi görüntülərini paylaşıb.
Minval.info xəbər verir ki, o, paylaşdığı videoya “Anlamayanlara…” başlığı yazıb.
Aparıcının adından instaqram səhifəsində “Maşın” şounun dünənki bölümündə onu dəstəkləyən hər kəsə minnətdarlıq da ünvanlanıb:
“Qarşısında baş əyiləcək insanlarımız, mərd, dürüst, düzgünlüyün tərəfində olan bacılarımız və ağbirçək qardaşlarımız göndərdiyiniz səsləri halal edin. Təklənən bir qadının arxasında dayandığınız üçün təşəkkürlər”.
Qeyd edək ki, “Maşın” şounun səkkizinci günündə səsverməyə çıxan Cavidan Novruz hədəfinin Aytən Səfərova olduğunu elan etmişdi. Veriliş boyu Aytən Səfərova və Mətanət Əliverdiya arasında gərgin anlar yaşanıb. Aytən Mətanət haqqında bunları deyib:
“Onunla duz-çörək kəsmişdik. Görünür ki, duz-çörək keçən əsrdə qalıb, insanlara həqiqətən də yaxşılıq yoxdur”.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Xatırladaq ki, keçən il 106.3 Fm-də, “Boomerang” səhər şousunu Raqif Raufoğlu ilə birlikdə məşhur aparıcılar Mətanət Əliverdiyeva və Aytən Səfərova aparırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı