ATV rəhbərindən Lalə Azərtaşın kobud səhvinə reaksiya – Video
Bu gün ATV telekanalında yayımlanan “ATV Səhər” proqramının aparıcısı Lalə Azərtaşın birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik, həmin 20 faizi də…” sözləri sosial şəbəkədə birmənalı qarşılanmayıb.
Minval.info xəbər verir ki, aparıcının bu səhvə görə üzr istəməməsi müzakirələrə səbəb olub.
Yenicag.az-a açıqlama verən ATV kanalının rəhbəri Azər Xəlilovun məsələyə münasibəti belə olub:
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
“Mən həmin süjeti izləməmişəm, məsələdən xəbərim yoxdur. Dinləyərəm, nəticə çıxararıq”.
ATV-nin mətbuat xidmətindən isə məsələyə belə münasibət bildirili:
“Canlı yayımın öz qaydaları var, belə hallar yaşanır. Heç bir aparıcı bu cür vəziyyətlərdən sığortalanmayıb. Aparıcı həmin an dediyinin fərqində olmayıb. Əslində isə, o, “Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik, həmin 20 faizi də…” demək istəyib”.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
https://www.youtube.com/watch?v=Y05LN-D-wRQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı