Astan Şahverdiyevin ölümünün təfərrüatı: Oteldə dünyasını dəyişib
Milli Məclisin deputataı Qusarda keçindi. İstiPress-in Şimal bürosunun məlumatına görə, 120 saylı Qubadlı-Cəbrayıl DSK-dan deputat seçilmuş deputatı Astan Şahverdiyev aprelin 15-i səhər saat 8 radələrində Qusarda dincəldiyi istirahət mərkəzində dünyasını dəyişib.
Məlumata görə, o hadisədən bir gün əvvəl Misirxan adlı dostu ilə Qusara gəlib və yenicə fəaliyyətə başlamış “Şato” adlı istirahət mərkəzində qalıb. Paytaxtdakı ali məktəblərin birinin müəllimi olan Mehdixan səhər saat 07:00 radələrində dostunu səhər yeməyinə dəvət etmək üçün otağının qapısını döyüb. Bu zaman Astan Şahverdiyev dostuna özünü pis hiss etdiyini deyib. Dərhal təcil yardım çağrılıb və həkim briqadası tez istirahət mərkəzinə gəlib. Amma təcili yardım gələnədək Milli Məclisin üzvü keçinib.
Mərhumun qəfil ürək tutmasından keçindiyi ehtimal edilir. Astan Şahverdiyevin ağ ciyər xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.
Dərhal hadisə yerinə Qusarın hüquq-mühafizə orqanlarının rəsmiləri gəlib və deputatın keçindiyi istirahət guşəsi müayinə olunub. Mərhumun ailəsi və yaxınları məlumatlandırılıb və ailə üzvlərinin iştirakı ilə Astan Şahverdiyevin cənazəsi Bakıya aparılıb.
Milli Məclisin Qusardan seçilmiş deputatı Azər Badamovun İstiPressə verdiyi məlumata görə, mərhum həmkarı Qaradağ rayonundakı Lökbatan qəbristanlığında dəfn edilib.
Xatırladaq ki, adıçəkilən deputat bir müddət öncə Rusiyaya qazanc dalınca gedən həmvətənlərimizi “otxod” adlandıraraq təhqir etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeni Zelandiyada müsəlmanlara qarşı terrorun səbəbi
Fazil Məmmədovun otelləri əlindən alınır
"Yıxıldım yerə, güclə bayıra qaçdıq..." - Zəlzələ şahidləri DANIŞDI (VİDEO)
“Mən Yusif Sərrac olmaq istəmirəm” – MTN polkovniki hakim heyrətləndirdi
Abşeronda “Aquapark”da faciə: Ölən şəxsin qardaşı danışdı - Təfərrüat