06.09.2026 - 10:40
Ölkə 6 baxış

Lütfi Zadənin anım günü: Dahinin izi qalır

Bu gün dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin anım günüdür. Onun vəfatından artıq 9 il ötür. Lütfi Zadə, əsl adı ilə Lütfəli Rəhim oğlu Əsgərzadə, 1921-ci ilin fevralın 4-də Bakının Novxanı kəndində dünyaya gəlmişdir. Atası Rəhim Ələsgərzadə etnik azərbaycanlı, anası Fanya Korenman isə etnik rus yəhudisi idi.

Lütfi Zadə ilk təhsilini Bakıdakı 16 saylı məktəbdə almışdır. 1932-ci ildə Sovet İttifaqının qərarı ilə ailəsi Tehrana köçmüşdür. O, 1942-ci ildə Tehranda ali təhsilini tamamlayaraq, bir il sonra ABŞ-a yola düşmüşdür. 1944-cü ildə adını Lütfi Əsgər Zadə olaraq dəyişmiş və 1946-cı ildə Kolumbiya Universitetində doktorluq dərəcəsi üzrə təhsil almışdır. 1949-cu ildə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsini əldə etmişdir.

Minval.info xəbər verir ki, Lütfi Zadə Kolumbiya Universitetində 10 il dərs demiş, 1957-ci ildən isə professor kimi fəaliyyət göstərmişdir. 1959-cu ildən ömrünün sonuna qədər Kaliforniyadakı Berkli Universitetində dərs demişdir. Onun qeyri-səlis məntiq nəzəriyyəsi Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” kimi şirkətlərin məhsullarında geniş tətbiq olunmuşdur. 2016-cı ildə bu nəzəriyyə əsasında yapon alimləri tərəfindən süni intellektə malik ilk robot hazırlanmışdır.

Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da 96 yaşında vəfat etmişdir. Öz vəsiyyətinə uyğun olaraq, Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: