FHN-dən güclü külək və sel xəbərdarlığı
Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bəzi bölgələrdə intensiv yağıntılar, güclü külək və ildırım hadisələri proqnozlaşdırılır. Bu səbəbdən, dağ çaylarında qısamüddətli sel keçməsi ehtimalı da var.
Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. İntensiv yağıntılar zamanı sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, təhlükə ilə üzləşdikdə isə dərhal yüksəkliyə qalxmaq tövsiyə olunur. Güclü külək zamanı isə yüngül konstruksiyalı tikililərdən və elektrik dirəklərindən uzaq durmaq məsləhət görülür.
İldırım təhlükəsi zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq və açıq havada elektrik xəttlərindən uzaq durmaq vacibdir. Avtomobildə olan şəxslər isə hərəkəti dayandıraraq şüşələri qaldırmalı və ildırımın bitməsini gözləməlidirlər. Təhlükə anında 112-yə zəng etmək tövsiyə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"