Dağlıq bölgələrdə qısamüddətli yağış və şimşək
Azərbaycanın bir sıra rayonlarında hava şəraiti dəyişkən olub. Əksər bölgələrdə hava əsasən yağmursuz keçsə də, axşam və gecə saatlarında dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış və şimşək hadisələri qeydə alınıb.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-da saat 10:00-a olan vəziyyətə əsasən, Daşkəsəndə 4 mm, Kişcay (Şəki), Şirvan, Bərdədə 2 mm, Gədəbəy, Naftalan, Qax, Tərtər, Göygöl, Zərdab, Şəmkir, Goranboy, Şahdağ və Ağdamda isə 1 mm-dək yağıntı qeydə alınıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb