Anasını öldürdü, sonra soyunub küçəyə çıxdı - Video
Türkiyədə anasını qətlə yetirən şəxs sonradan polisə çətin anlar yaşadıb.
APA TV-nin “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, insident İstanbulun Əyyubsultan rayonunun Bülbüldərə prospektində baş verib.
Həmin prospektdəki evlərində anası Türkan Uyğunu bıçaqlayaraq öldürən Mehmed Bahadır Uyğun sonradan xanımını və uşaqlarını bir taksi ilə yola salıb. Özü isə çılpaq vəziyyətdə küçəyə çıxıb. Əlində bıçaq küçə ilə hərəkət edən Uyğun ətrafdakıları da hədələyib. Yaxınlıqdakı iki polis bıçaqlı şəxsi saxlamaq istəsə də, buna nail ola biməyiblər. Mehmet Bahadır Uyğun bıçaqla onlardan birini yaralayıb.
Qısa bir zamanda hadisə yerinə başqa polislər və ətrafdakı sakinlər də toplaşıb. Bıçaqlı şəxs ayağından vurularaq zərərsizləşdirilib. Daha sonra isə xəstəxanaya aparılıb. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.
Minval.info
https://youtu.be/Ri8W4-Agzco
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu
Həkim Nicatın qəhrəmanlığı: İnfarktdan xilas etdi
Qara dənizdə dron hücumu: İki azərbaycanlı həlak oldu