Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Ötən gün Bakının Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin kağız və gigiyenik məhsullar istehsalı müəssisəsinin açılışı baş tutub. Bu müəssisədə həm yerli, həm də xarici xammal və materiallardan istifadə edilərək kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal olunacaq.
Minval.info xəbər verir ki, təxminən 11 hektar ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyalarından istifadə ediləcək. Layihənin ümumi investisiya dəyəri 27 milyon manat təşkil edir.
İqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda uşaq bezləri və digər gigiyenik məhsulların yerli istehsalının genişlənməsi qiymətlərə müəyyən qədər aşağı təsir göstərə bilər. İdxaldan asılılığın azalması, logistika və gömrük xərclərinin aşağı düşməsi, eləcə də bazarda rəqabətin artması bu təsirin əsas səbəbləridir. Lakin yerli istehsalın başlaması avtomatik olaraq mağazada qiymətlərin dərhal ucuzlaşacağı anlamına gəlmir. Çünki bəzi xammallar hələ də xaricdən gətirilə bilər və digər istehsal xərcləri məhsulun maya dəyərinə təsir edir.
A.Nəsirli qeyd edir ki, istehlakçının real ucuzlaşma hiss etməsi üçün yerli istehsalın bazarın əhəmiyyətli hissəsini təmin etməsi və idxal məhsulları ilə rəqabət aparması vacibdir. Dövlət dəstəyi, xammal və avadanlıqların idxalına güzəştlər, investisiya təşviqləri və logistika xərclərinin optimallaşdırılması yerli məhsulun maya dəyərini aşağı sala bilər. Bu güzəştlərin istehlakçıya qiymət vasitəsilə ötürülməsi təmin olunarsa, yerli istehsalın sosial effekti daha böyük olar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər
Keşlədə nəqliyyat məhdudiyyəti: Sürücülərə alternativ yollar!
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
Buraxılış imtahanının nəticələri açıqlandı!
Azərbaycan balı Avropa İttifaqı bazarına çıxır