Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Ağdərə rayonunda mina partlayışı nəticəsində bir gənc yüngül xəsarət alıb. Hadisə 10 sentyabr tarixində işğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində baş verib.
Minval.info xəbər verir ki, Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Rüstəmzadə minatəmizlənməmiş ərazidə atla hərəkət edərkən, at piyada əleyhinə minaya basıb. Partlayış nəticəsində gənc yüngül xəsarət alıb.
ANAMA əməkdaşları zərərçəkmişi təhlükəli ərazidən təxliyə ediblər. Hadisə ilə bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinə diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa və tanımadıqları ərazilərə daxil olmamağa çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moped və velosiped sürənlərə xəbərdarlıq
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
Hakkaridə Türkiyə əsgəri həlak oldu
Ata hamilə qızını və sevgilisini qətlə yetirdi