11.09.2026 - 16:26
Hadisə 17 baxış

Şərurda yanğın: 9 heyvan tələf oldu

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində yanğın hadisəsi baş verib. Yardımçı tikililərin üzərinə yığılan ot bağlamalarında başlayan yanğın nəticəsində 1300 ot bağlaması və iki yardımçı tikilinin dam örtüyü yanıb. Hadisə nəticəsində 9 baş iribuynuzlu heyvan tələf olub.

Minval.info xəbər verir ki, yanğınla bağlı məlumat Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub. Dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib və yanğın söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

Yanğından 300 ədəd ot bağlaması, ümumi sahəsi 16 m² olan digər iki yardımçı tikili və sahəsi 325 m² olan fərdi yaşayış evi mühafizə olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: