11.09.2026 - 12:56
Hadisə 13 baxış

Rusiyada azərbaycanlı bacı-qardaş faciəvi şəkildə öldü

Rusiyanın Vlodimir şəhərində baş verən faciəvi yol qəzasında azərbaycanlı bacı-qardaş həyatını itirib. Hadisə zamanı 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və 1975-ci il təvəllüdlü bacısı Zərnişan Baxış qızı Baxışova iki yük maşınının arasında qalaraq dünyasını dəyişiblər.

Minval.info xəbər verir ki, mərhumların əslən Ucar rayonunun Şilyan kəndindən olduqları bildirilir. Onların nəşi artıq Azərbaycana gətirilərək dəfn edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: