Gülaydan yeni klip: "Vur ürəyim" təqdim olundu
Müğənni Gülay yeni layihəsi olan ‘Vur ürəyim’ adlı mahnısını klipi ilə birlikdə təqdim edib. Mahnının musiqisi Camal Qurbanova, sözləri isə Həsən Babayevə aiddir. Bəstənin aranjimanı da Camal Qurbanov tərəfindən hazırlanıb. Layihə çərçivəsində Gülay üçün üç fərqli obraz yaradılıb. Klipin vizual konsepsiyasının ərsəyə gəlməsi üçün böyük yaradıcı komanda çalışıb. Ekran işinin rejissorları Zeyn və İlahə Məhərrəmdir. Operator işini Emil Marbiora, art-direktor işini isə Fərid Cabbarlı həyata keçirib. Gülayın obrazlarının staylinqi Elnara de Birbuet tərəfindən hazırlanıb. Sənətçinin makiyajı Günel Ağacanova, saç düzümü isə Günel Məmmədova tərəfindən icra olunub. Layihənin fotosessiyasını Eresmoon həyata keçirib. ‘Vur ürəyim’ layihəsinin prodüseri Tural Nəbiyevdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır