Qara dənizdə dron hücumu: İki azərbaycanlı həlak oldu
9 sentyabr 2026-cı il tarixində Qara dənizdə “TEDY” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Gəminin heyətində olan Azərbaycan vətəndaşlarından Aslan Əliyev və Asim Qasımov həlak olub, İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıb.
Minval.info xəbər verir ki, yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında müalicə altına alınıblar. Xarici İşlər Nazirliyi hadisə ilə bağlı diplomatik nümayəndəliklər və müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparır. Yaralıların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə həlak olanların cənazələrinin prosedurlarının həyata keçirilməsi istiqamətində tədbirlər görülür.
Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməmələri tövsiyə olunur. Həlak olanların ailələrinə başsağlığı verilir, yaralıların tezliklə sağalması arzulanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş