Uğur 777"də qanunsuz əməliyyatlar: Məhkəmə başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində “Uğur 777 estetik mərkəz”də qanunsuz estetik əməliyyatlarla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Təqsirləndirilənlər Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın işinə baxış iclası baş tutub.
Minval.info xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş Ceyhunə Fərəcova ifadə verib. O, təqsirləndirilən şəxsləri tanıdığını və ilk dəfə 2023-cü ildə onların qəbulunda olduğunu bildirib. Ceyhunə Fərəcova, sosial şəbəkələrdə gördüyü reklamlar əsasında mərkəzə müraciət etdiyini qeyd edib.
Zərərçəkən, Murad Bağırov tərəfindən qarşılandığını və Xəyalə İsmayılovanın yanına aparıldığını bildirib. O, göz nahiyəsinə gel vurulması üçün 400 manat ödədiyini, lakin sonradan əlavə prosedurların təklif edildiyini deyib. Əməliyyatdan sonra dərman çatışmazlığı səbəbindən gec saatlara qədər gözlədiyini və Murad Bağırovun gətirdiyi dərmanın ağrı verdiyini söyləyib. İkinci əməliyyat üçün 750 manat ödədiyini və qızıl əşyalarını girov qoyduğunu da əlavə edib.
Əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranan Ceyhunə Fərəcova, “Hepatit C” virusuna yoluxduğunu və müalicə üçün böyük məbləğdə xərc tələb olunduğunu bildirib. O, Xəyalə İsmayılovaya şikayət etdiyini, lakin rədd cavabı aldığını və Baş Prokurorluğa müraciət etdiyini qeyd edib.
Təqsirləndirilən Xəyalə İsmayılova isə zərərçəkənin 2022-ci ildə onun qəbulunda olduğunu və hadisənin detalları ilə bağlı xatirələrinin olmadığını deyib. Məhkəmənin növbəti iclası 29 sentyabrda keçiriləcək.
Araşdırmalar nəticəsində “Uğur 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərdiyi, tibbi prosedurların müvafiq standartlara uyğun icra edilmədiyi və nəticədə xəstəliklərin yayıldığı müəyyən edilib. Mərkəzdə çalışan şəxslərin tibbi təhsillərinin olmadığı və sertifikasiya şəhadətnamələrinin mövcud olmadığı da aşkarlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Suraxanıda oğurluq edən şəxs saxlanıldı
Şəki yaylası faciəsi: Sahibkarı hansı cəza gözləyir?
Keçmiş baş konsul qızıl qaçaqmalçılığında ittiham olunur
Şəkidə faciə: İki gənc həyatını itirdi
Arzunun dəhşətli qətli: Prokurorluq ömürlük həbs istəyir
Binəqədidə kirayəçi 8 min manatlıq oğurluq etdi
Vilyam Hacıyevin maşınlarını oğlu aldı!