Məktəblərdə fərdi yanaşma yox, vahid protokol!
Elm və təhsil naziri Emin Əmrullayev, bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxış edərək, məktəblərin inkişafı üçün vahid protokolun əhəmiyyətini vurğulayıb. O bildirib ki, “Filankəs müəllimin məktəbi” və ya “filankəs xanımın məktəbi” kimi ifadələr yaxşı anlayış deyil və bu, fərdi arzuların təzahürüdür. Nazir qeyd edib ki, 1, 2, 3 nömrəli məktəblər arasında fərq olmamalıdır və hər bir direktor məktəbin inkişafı üçün eyni cür çalışmalıdır.
Minval.info xəbər verir ki, Emin Əmrullayev, məktəblərin inkişafı üçün yaradıcı yanaşmanın əhəmiyyətini inkar etməsə də, hər kəsin özündən protokol yazmasının təhsilin keyfiyyətinə mənfi təsir göstərə biləcəyini bildirib. O, məktəb rəhbərlərinin protokolun hazırlanmasında iştirak edə biləcəyini, lakin vahid qaydalara riayət etməyin vacibliyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Finlandiyalı fenomen estetik əməliyyatda həyatını itirdi
Peşə məktəblərinə qəbulun son şansı başladı
Türk ölkəsi əlifbasını dəyişir: Yeni dövr başlayır
Qaynar çay və kofe xərçəng riskini artırır
Şükürbəyli kəndinə növbəti köç başladı
Kolleclərdə ixtisas seçiminin son saatları!
Özəl bağçalara qeydiyyat başladı: Fürsəti qaçırmayın!