Formula 1: Bakı üçün qazanc və itkilər
Bakı bu il Formula 1 Qran Prisinə onuncu dəfə ev sahibliyi edəcək. Yarış 24-26 sentyabr tarixlərində baş tutacaq.
Minval.info xəbər verir ki, son on ildə bu yarış ölkəmizin əsas beynəlxalq idman tədbirlərindən biri olmaqla yanaşı, təsiri trekdən və yarış həftəsonundan daha çox sahələri əhatə edən bir layihəyə çevrilib. Lakin bu idman tədbiri ilə bağlı ölkədə müxtəlif fikirlər mövcuddur.
ReAL Partiyasının sədri və iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Formula 1 dünyada ən çox izlənən idman yarışlarından biridir və təxminən 500 milyon tele-auditoriyası var. Bu göstərici ilə idman növləri arasında ilk beşliyə daxildir. Ekspert qeyd edir ki, bu tip yarışlar Azərbaycanın tanınmasında mühüm rol oynayır. Bakının mərkəzində belə bir yarışın keçirilməsi, şəhərin mənzərəsinin göstərilməsi Azərbaycan və Bakının təqdimatında ciddi rol oynayıb.
Lakin tədbirin turistik buma səbəb olması gözlənilsə də, quru sərhədlərin bağlı olması və turizmlə bağlı bəzi problemlər bu bumu yaşatmağa imkan vermədi. Yarışın digər neqativ tərəfi isə yarış ərəfəsi və keçirildiyi müddətdə insanların hərəkətinə yaradılan maneələrdir. Həmçinin, trasboyu fəaliyyət göstərən kiçik sahibkarlara da müəyyən problemlər yaşadır, onların müştərisi azalır və ərazidəki dükan və kafelərin dövriyyəsinə mənfi təsir göstərir. Ümumilikdə, yarış ölkənin tanıdılması üçün mühüm əhəmiyyət daşıyır və bu tanıtımı kapitallaşdıraraq turizm bumuna çevirmək lazımdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər
Keşlədə nəqliyyat məhdudiyyəti: Sürücülərə alternativ yollar!
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
Buraxılış imtahanının nəticələri açıqlandı!