Alen Simonyan: “Hazırkı iqtidar Ermənistanın ən rusiyapərəst hakimiyyətidir”
“Ermənistanda ən çox rusiyapərəst hazırkı hökumətdir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentin spikeri Alen Simonyan jurnalistlərə müsahibəsində sərf edib.
Alen Simonyan Rusiyanın da bu fikirlə razılaşdığını vurğulayıb.
Erməni spiker Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi İrəvanla bağlı bəyanatına da toxunub. Onun fikrincə, A.Lukaşenko orada öz fikirlərini səsləndirməyib.
Bu fikirlərin müəllifinin kim olduğu soruşulduqda, Alen Simonyan belə cavab verib: “Bilmirəm, bəlkə Moskvadan, Bakıdan və ya Almatıdandır. Hesab edirəm ki, onun ciddi daxili problemləri var və güman ki, Belarus xalqı da Lukaşenkonun sözlərini bəyənməyib. Təəssüf edirəm”.
“Baş nazir Nikol Paşinyan niyə Lukaşenkoya cavab vermir” sualına isə Alen Simonyan reaksiya göstərildiyini, sadəcə olaraq videonu ictimaiyyətə edilmədiyini söyləməklə kifayətlənib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!