16 yaşlı baldızına təcavüz etməsinin gizli görüntüləri üzə çıxdı...
Türkiyənin Bursa şəhərində fabrikdə çalışan Berk D.-nin (35) baldızı B.E.-yə (16) təcavüz etdiyi iddiası ilə təqsirləndirildiyi məhkəmə prosesində dəlil olaraq təqdim edilən gizli kamera görüntüsü ortaya çıxıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, görüntüdə təqsirli Berkin divanda yatan baldızının üzərindəki yorğanı qaldırıb, üzərini açdığı görünür.
Qeyd edək ki, atasından boşanan anası Ayşe Ü. ilə birlikdə yaşayan B.E. bacısıgildə qaldığı bəzi gecələr yeznəsinin yanına gələrək ayaqlarına toxunduğunu iddia etmişdi. 8 il azadlıqdan məhrum edilməyi tələb edilən Berk barəsindəki iddiaları qəbul etməmişdi.
B.E. ifadəsində “Bacımın yoldaşı fabrikdə gecə növbəsində çalışırdı. Mən də o axşam bacımgilə getdim. Gecə bacım ilə yatdım. Səhər yuxudan ayılanda bacım işə getmişdi, fabrikdən gələn ər isə yanımda yatırdı” demişdi.
Məhkəmə heyəti kamera görüntüsünü araşdırmaq qərarı verib.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO