100 min manatdan çox qiyməti olan maşın aldı - Həmin gün əzaya düşdü (FOTOLAR)
Bakının Xətai rayonunda yük avtomobili minik maşınına çırpılıb.
Minval.info APA-ya istinadla xəbər verir ki, yol nəqliyyat hadisəsi Babək prospektində baş verib.
“İsuzu” markalı yük avtomobilini idarə edən sürücü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Nəticədə idarəetmədən çıxan yük maşını eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb.
Qəza zamanı yük avtomobilinin sərnişini xəsarət alıb.
Faktla bağlı hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.
“Toyota Prado” markalı minik avtomobilinin sahibi bildirib ki, o avtomobili elə bu gün alıb.
Qeyd edək ki, 2022-ci il istehsalı olan avtomobilin bazar qiyməti isə 102 min manatdır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir