Zelenski: Müharibə Krım və Donbasda başlayıb, orada da bitməlidir
Prezident vurğulayıb ki, Ukrayna torpaqlarında işğalçılara yer olmayacaq
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, bu müharibə Krımda və Donbasda başlayıb və Ukrayna hərbçilərinin dövlət sərhədlərini nəzarətə götürməsi ilə orada da başa çatmalıdır. O, Ukraynanın bu məqsədi daim diqqətdə saxladığını vurğulayıb.
Musavat.com-un məlumatına görə, bu barədə Ukrayna prezidenti ənənəvi axşam videomüraciətində bildirib.
Prezident xatırladıb ki, bu gün Ukrayna uğrunda canlarından keçmiş əsgərlərin xatirəsini ehtiramla yad edir.
“Əminəm ki, hamınız nə baş verdiyini, nə üçün mübarizə apardığımızı və nəyə can atdığımızı başa düşürsünüz. Bizim əsgərlərimiz isə arxada heç bir elana və ya informasiya dalğasına ehtiyac duymur. Ukrayna öz ölkəsinə qayıdır və qayıdacaq – Xarkov, Luqansk, Donetsk vilayəti, Zaporojye, Xerson, Krım və təbii ki, bizim Qara və Azov dənizlərinin bütün akvatoriyasına. Bu, baş verəcək”, – dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna torpağında işğalçılara yer olmayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranın raket hücumu: ABŞ bazasında ziyan var
Ermənistan Aİİ-dən çıxarılır? İrəvanın çətin seçimi
ABŞ-İran qarşıdurması bitə bilər: SEPAH-dan şərtlər
Ermənistan ordusu NATO salamını mənimsəyir
Harri və Meqan yenidən ABŞ-yə dönə bilər!
İranda dolların məzənnəsi rekord həddə çatdı
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir