ABŞ-İran qarşıdurması bitə bilər: SEPAH-dan şərtlər
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi, ABŞ-la hərbi qarşıdurmanın sona çatmasının mümkün olduğunu bildirib. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün ABŞ bir sıra addımlar atmalıdır.
Minval.info xəbər verir ki, Hüseyn Mohebi ABŞ-ın hərbi əməliyyatları tamamilə dayandırmalı, İsrail qoşunlarının Livandan çıxarılmasını təmin etməli, Yəmənə tətbiq edilən blokadaya son qoymalı və İranın 24 milyard dollar həcmində dondurulmuş aktivlərini azad etməli olduğunu vurğulayıb.
Bundan əlavə, o, ABŞ-ın İranın nüvə və raket proqramlarına müdaxilə etməməsini tələb edib. “Vaşinqton bu şərtlərə əməl edərsə, mövcud vəziyyətin sona çatması mümkündür”, – deyə Hüseyn Mohebi qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şimali Koreya raketlər ataraq Cənubi Koreyanı xəbərdar edib
Fransada kütləvi etirazlara hazırlıq: 70 min polis küçələrə çıxarılacaq
Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin
Fransada Sarı Yeleklilərin etirazları öncəsi gərginlik artır
İsraildə seçki çıxmazı: yeni hökumət necə formalaşa bilər
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər