İranda dolların məzənnəsi rekord həddə çatdı
Sentyabrın 9-da İranda dolların məzənnəsi sərbəst bazarda 233 900 tümənə yüksələrək yeni tarixi rekord qırıb. Bu artım, regionda hərbi qarşıdurmanın güclənməsi ilə əlaqələndirilir.
Minval.info xəbər verir ki, Britaniya funt-sterlinqi 316 000 tümən, avro isə 272 000 tümən məbləğində alqı-satqı edilib. “Emami” qızıl sikkəsi isə 242 milyon tümənə satılıb. İki həftə əvvəl dolların məzənnəsi 206 400 tümən idi, bu gün isə həmin qiymətdən təxminən 13% yüksəkdir.
Məzənnənin bu cür kəskin yüksəlişi, avqustun 8-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) beş İran neft tankerinin məhv edildiyini elan etməsi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında 20 gəmiyə hücum etdiyini bəyan etməsi ilə əlaqələndirilir. Eyni zamanda, “Brent” markalı neftin qiyməti bir barel üçün 100 dolları keçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada marketlərə siber hücumlar artıb
Brexit sonrası yaranan travma Brüsseli narahat edir
ABŞ-da iqtisadi çətinliklər seçki nəticələrinə təsir edə bilər
ABŞ-da ara seçkilərdə diqqətlər mühüm ştatlara yönəlib
Böyük Britaniyada köhnə analoq telefon şəbəkəsi yenilənir
Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma