Ermənistan Aİİ-dən çıxarılır? İrəvanın çətin seçimi
Ermənistan, Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərə görə Avrasiya İqtisadi İttifaqına (Aİİ) rəsmi şikayət ünvanlayıb. Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bu barədə məlumat verib.
Minval.info xəbər verir ki, nazir müavini problemlərin Aİİ mexanizmləri vasitəsilə həll olunacağına ümid etdiklərini bildirib. O, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin Aİİ sazişlərinə və prinsiplərinə uyğun olmadığını qeyd edib.
Qeyd edək ki, “Rosselxoznadzor” 2026-cı ilin may ayından etibarən Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib. Bu vəziyyətin Aİİ-nin İrəvanın şikayətinə necə cavab verəcəyi maraq doğurur.
Siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Ermənistanın Rusiya ilə bağlı Aİİ-yə şikayət etməsi yalnız iqtisadi deyil, həm də siyasi xarakter daşıyır. İrəvanın Rusiyadan uzaqlaşma siyasəti yürütməsi və bu siyasətin nəticələrini Moskvanın üzərinə yükləməyə çalışması diqqət çəkir. Aİİ-dən çıxmaq Ermənistanın maraqlarına uyğun gəlmədiyi üçün İrəvan ikitərəfli siyasət yürüdür.
Ekspertin fikrincə, Aİİ-də təmsil olunan dövlətlər Ermənistanı dəstəkləməyəcək. Bu dövlətlər Rusiyanın təsiri altında olduqları üçün İrəvana qarşı mövqe tutmağa üstünlük verəcək. Aİİ-nin bütün üzvləri daha əvvəl Ermənistanı qurumdan xaric ediləcəyi ilə bağlı xəbərdar etmişdilər və bu xəbərdarlığın reallaşma müddəti yaxınlaşır. İlin sonuna doğru Ermənistanla bağlı qərar qəbul edilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-İran qarşıdurması bitə bilər: SEPAH-dan şərtlər
Ermənistan ordusu NATO salamını mənimsəyir
Harri və Meqan yenidən ABŞ-yə dönə bilər!
İranda dolların məzənnəsi rekord həddə çatdı
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı