Stomatoloq həyat yoldaşını döydü, 1 000 manat cərimə aldı
Qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham olunan Qasım Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə iclasında hakim Kamal Babayevin sədrliyi ilə keçirilən son iclasda müttəhimə 1 000 manat cərimə cəzası verilib.
Minval.info xəbər verir ki, ittihama görə, Qasım Maqsudov həyat yoldaşı Zəranə Maqsudovanı aralarında yaranmış mübahisə zamanı qəsdən vurub. Bu hadisə nəticəsində qadının bədənində müxtəlif hematomalar yaranıb və xəsarətlər sağlamlığa yüngül zərər vurulması kimi qiymətləndirilib.
Məhkəmədə ifadə verən Qasım Maqsudov özünü qismən təqsirli bilib. O, 2015-ci ildən bəri paytaxtda yerləşən stomatoloji poliklinikaların birində stomatoloq kimi çalışdığını bildirib. Onun sözlərinə görə, evli olduqları müddətdə həyat yoldaşı ilə əmlak məsələləri ilə bağlı tez-tez mübahisələr yaşanıb.
Qasım Maqsudov qeyd edib ki, 2025-ci ilin dekabrında rayonda olduğu zaman Zəranə ona evdə 100 min manat pul olduğunu və bu vəsaitin götürüldüyünü bildirib. Təqsirləndirilən şəxs daha sonra həyat yoldaşının onun valideynlərinin evinə də gedərək pul tələb etdiyini öyrənib. Hadisə günü aralarında mübahisə yaranıb və bu zaman Zəranə onun üzünə tüpürüb. Qasım Maqsudov isə əsəbiləşərək həyat yoldaşına sillə vurduğunu etiraf edib.
Hadisədən sonra qadın ərinin valideynlərinə zəng edərək onları evə çağırıb. Məhkəmədə Qasım Maqsudov evdə 100 min manat pul olmadığını da bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sultan Qasımova qızıl qaçaqmalçılığı ittihamı!
Şəkidə zipline faciəsi: 2 ölüm, istintaq başladı
Şəkidə kanat faciəsi: Gənclər sığorta imzalayıb
Bakının iki küçəsində sabah nəqliyyat məhdudlaşdırılır
Həkimlərə saxta sənəd ittihamı: Məhkəmə işi başladı
Gəncə kollecində korrupsiya: Keçmiş direktorlar ittiham olunur
Qaxda ailə zorakılığı: Asimə 6 aylıq cəza