10.09.2026 - 18:16
Ölkə 18 baxış

Azercell-in texnoloji həlləri beynəlxalq arenada parlayır

Azercell şirkətinin innovativ texnoloji həlləri ABŞ-in Silikon Vadisində və Çində keçirilən beynəlxalq tədbirlərdə böyük müvəffəqiyyətlər əldə edib. Şirkətin layihələri “Silicon Valley International Invention Festival” (SVIIF 2026) və Çinin Quançjou şəhərində təşkil olunan “International Exhibition of Inventions” (IEI 2026) sərgilərində bir sıra mükafatlarla təltif olunub.

Minval.info xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və bir sıra universitetlərin dəstəyi ilə Azercell nümayəndə heyəti bu tədbirlərdə iştirak edib. SVIIF 2026-da 30-dan çox ölkədən 500-dən artıq innovator iştirak edərkən, IEI 2026 sərgisində 29 ölkədən 3,700-dən çox ixtira nümayiş etdirilib.

Azercell-in təqdim etdiyi milli həllər telekommunikasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi və fövqəladə hallar zamanı etibarlı rabitənin təmin olunması məqsədilə hazırlanıb. Şirkətin layihələri qızıl, gümüş və bürünc medallarla yanaşı, xüsusi “Semi-Grand Prix” mükafatına layiq görülüb. “M.R.S. – Mercy Rescue Snake” layihəsi Silikon Vadisində qızıl medal və “Semi-Grand Prix”, Quançjouda isə gümüş medal qazanıb. “S.O.N.I.A.” avtonom dron sistemi və “Cyclowareness” layihəsi də SVIIF 2026-da qızıl medala layiq görülüb.

“Azercell Network Drone Complex” layihəsi Quançjouda qızıl, Silikon Vadisində isə bürünc medal qazanıb. “AzercellSafe Environment” həlli isə hər iki tədbirdə gümüş medala layiq görülüb. Azercell-in Təhlükəsizlik Departamentinin əməkdaşı Səfərəli Səfərli hər iki beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Bu mükafatlar Azercell-in süni intellekt, robototexnika, avtonom texnologiyalar və kibertəhlükəsizlik sahəsindəki uğurlarını bir daha təsdiqləyir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: