Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
2013-cü ildə bir vətəndaş bank olmayan kredit təşkilatından 90 min ABŞ dolları məbləğində kredit götürüb. O, 13 il ərzində təxminən 197 min dollar ödəniş etdiyini bildirir. Lakin hazırda borcu 218 916 dollar olaraq göstərilir.
Minval.info xəbər verir ki, vətəndaşın adına sonradan 75 min və 50 min dollarlıq əlavə kredit məbləğləri yazılıb. Şikayətçi bu kreditlərlə bağlı kassa mədaxil və məxaric orderlərinin olmadığını və sənədlərin təqdim edilmədiyini iddia edir.
Vətəndaş, ödənişlərə baxmayaraq borcun silinmədiyini, əksinə daha da artdığını qeyd edir. Məsələ ilə bağlı digər bir mübahisə isə girov qoyulmuş əmlakla əlaqədardır. Onun sözlərinə görə, kafe icra prosesi çərçivəsində əlindən alınıb. Qarşı tərəf isə əmlakın məhkəmə qətnaməsi əsasında satıldığını bildirir. Kredit müqaviləsi üzrə borc məbləği məhkəmə tərəfindən müəyyən edilib və qərar qanuni qüvvəyə minib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!