İranın raket hücumu: ABŞ bazasında ziyan var
İranın İordaniyada yerləşən ABŞ hərbi bazasına raket hücumu nəticəsində bir neçə hərbi təyyarə zədələnib. Hücum sentyabrın 9-na keçən gecə “Muvaffaq-Salti” aviabazasında baş verib. Zərbələr nəticəsində A-10 “Thunderbolt” hücum təyyarələrindən biri ciddi zədələnib və onun qanadlarından biri qopub. Bundan əlavə, səkkiz F-15 qırıcısına da yüngül ziyan dəyib və həmin təyyarələr sonradan yenidən istifadəyə qaytarılıb.
Minval.info xəbər verir ki, ABŞ qüvvələri hücumun qarşısını almaq üçün “Patriot” hava hücumundan müdafiə sistemlərindən 30-dan çox raket atıb. İordaniya tərəfinin məlumatına görə, hücum zamanı İrana məxsus 20 ballistik raketdən 18-i havada zərərsizləşdirilib, ikisi isə yaşayış olmayan ərazilərə düşüb. ABŞ rəsmiləri bazadakı son hücumla bağlı itkilərin olmadığını bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?
ABŞ-da Demokratlar üstünlük əldə etdi