Ermənistan ordusu NATO salamını mənimsəyir
Ermənistan Silahlı Qüvvələri hərbi salamvermə qaydalarını yenidən nəzərdən keçirərək, NATO ölkələrində tətbiq olunan formaya uyğunlaşdırmağı planlaşdırır. Bu dəyişikliklər çərçivəsində hərbçilərin baş geyimi olmadan da əllərini başlarına qaldıraraq salam verməsi nəzərdə tutulur.
Minval.info xəbər verir ki, indiyədək Ermənistan ordusunda hərbi salamvermə sovet və Rusiya hərbi ənənələrinə uyğun olaraq həyata keçirilib. Sovet dövründən qalan qaydalara əsasən, hərbçi baş geyimində olduqda sağ əlini onun kənarına qaldırırdı. Bu qayda SSRİ Silahlı Qüvvələrinin 1975-ci il nizamnaməsində də açıq şəkildə göstərilmişdi.
Ermənistan Müdafiə Nazirliyi yeni qaydanın tətbiqi ilə bağlı hələlik rəsmi qərar qəbul etmədiyini, lakin bu istiqamətdə müzakirələrin aparıldığını təsdiqləyib. Müdafiə naziri Suren Papikyan isə daha əvvəl Ermənistanın sülhməramlı qüvvələr briqadasında NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə prosesinin keçirildiyini açıqlamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrailli nazir Ben-Qvirin Məscid-i Əqsaya təxribatçı ziyarəti
ABŞ-a etibar azaldı: Fransa və 10 ölkə bir araya gəldi
Serbiyada tələbə hərəkatı Vuçiçi devirdi: Rusiya ilə əlaqələr necə olacaq
İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?"
PKK Sincardan çəkilir: İraq ordusu bölgəyə nəzarəti ələ alır
PKK-nın Sincardakı uzantısı İraq ordusuna inteqrasiya edilir
Avstriya kansleri Aİ büdcə mübahisəsində veto ilə hədələyir