Harri və Meqan yenidən ABŞ-yə dönə bilər!
Şahzadə Harri və Meqan Marklın Böyük Britaniyadakı krallıq statuslarının ləğv edilməsi səbəbindən yenidən ABŞ-yə qayıtmaq məcburiyyətində qala biləcəkləri bildirilir.
Minval.info xəbər verir ki, Kral ailəsindəki mənbələrə görə, Şahzadə Uilyam qardaşının geri dönməsi ətrafında yaranan qarışıqlıqdan bezib və onların ABŞ-yə qayıtmasını istəyir. Böyük Britaniya Kralı III Çarlz da bu mövqeyi dəstəkləyərək, Sasseks hersoqlarının yalnız “kommersiya və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan özəl şəxslər” olaraq qalacağını bildirib.
“Daily Mail” qəzetinin məlumatına görə, Kral sarayının lord-kamberleni Riçard Benyonun Böyük Britaniya Nazirlər Kabinetinə göndərdiyi məktubda Harri və Meqanın ölkəyə qayıtmalarının onların rəsmi statusunda heç bir dəyişiklik etmədiyi vurğulanıb. Onların “Əlahəzrətləri” titulları dondurulub və hazırkı mövqeləri sıravi özəl şəxslərin statusundan fərqlənmir.
Avropa liderləri qeyri-rəsmi toplantıda süni intellekt və Ukraynanı müzakirə edir
Əvvəllər yayılan məlumatlarda isə Şahzadə Harri və Meqan Marklın Böyük Britaniyadakı bu alçaldıcı statuslarından narazı qaldıqları bildirilirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?