Zelenski cavab verdi: "Putin haqlıdır..."
Ukrayna Prezidenti Volodimr Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın Minsk Razılaşmalarını yerinə yetirməsi ilə bağlı sözlərinə cavab verib.
Modern.az xəbər verir ki, bu barədə Zelenski fransalı həmkarı Emmanuel Makronla Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb.
O qeyd edib ki, Putin haqlıdır. Ukrayna gözəldir, ancaq burada “mənim” ifadəsi artıqdır.
“Ukrayna səbirlidir, məncə, bu, müdriklikdir. Bu, bütün Avropa və ruslar üçün vacibdir. Çünki eskalasiya bizim səbrimizdən asılıdır. Biz ölkəmizi müdafiə edirik, öz ərazimizdəyik. Səbrimiz təxribatlara cavab vermədiyimiz zaman təsirlidir, çünki biz özümüzü ləyaqətlə aparırıq”, – deyə Zelenski bildirib.
Xatırladaq ki, fevralın 7-də Frans Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı Putin Minsk Razılaşması ilə bağlı danışarkən “İstəsən də, istəməsən də, səbr et, mənim gözəlim” məsəlini nümunə gətirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycana qarşı aparılan kampaniyaya DTX-dən cavab
“Ermənilər buna getsə, Rusiya dərhal reaksiya verəcək”
Elmar Vəliyevin işdən çıxarılma səbəbləri - Gəncədə yeni dönəm başlayır
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
DSX-nin generalı məhkəməyə gətirildi