Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib
Axşam saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Göyəm kəndi ərazisində “VAZ” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində rayonun 1990-cı il təvəllüdlü Bəhmətli kənd sakini Qədimov Elgün Nazim oğlu və 1986-cı il təvəllüdlü Zaqatala şəhər sakini Dadaşov Bəxşiş Bayram oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan “Report”a verilən məlumata görə, yaralılardan E.Qədimov həkimlərin səylərinə baxmayaraq, gecə saatlarında xəstəxanada keçinib. B.Dadaşovun isə vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır