Zaqatalada keçmiş məhkumdan 4 kiloqram marixuana götürülüb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Minval.info”-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı rayonun Qazangül qəsəbə sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş Sahibəli Cəfərov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində saxladığı özünə məxsus “VAZ-2107” markalı avtomobilin yük hissəsindən 4 kiloqram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır