Zaqatalada dəhşətli qəza: yük maşını körpüdən aşdı

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qəza Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonunun Mazıx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax rayon sakini, 44 yaşlı Elnur Kərimov idarə etdiyi yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını ərazidən axan çayın üzərindəki körpüdən çay yatağına aşırıb. Maşında sıxılmış vəziyyətdə qalan sürücünü xilas etmək üçün əraziyə FHN-in Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. O, xilasedicilər tərəfindən maşından çıxarılaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Elnur Kərimova aşağı ətrafların sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır