Zakir Qaralov "İzvestiya" qəzetini cəzalandırmağı xahiş edir

Zakir Qaralov Rusiyanın baş prokurorundan “İzvestiya” qəzeti ilə bağlı ölçü götürməyi xahiş edib.
Azərbaycanın baş prokuroru Zakir Qaralov rusiyalı həmkarı Yuri Çaykaya müraciət edib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Sputnik Azərbaycan-ın məlumatına görə, Qaralovun müraciəti 16 aprel 2018-ci il tarixdə “İzvestiya” qəzetinin informasiya portalında Ermənistanın eks-prezidenti Serj Sarqsyanla müsahibədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağının və digər şüarların nümayiş etdirilməsidir.
Baş prokuror müraciətində ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyib. Həmçinin qeyd edib ki, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribat Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurub. Qaralov bu məsələ ilə bağlı Rusiyada obyektiv və ədalətli şəkildə araşdırma aparılacağına, həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, “İzvestiya”nın saytında yayımlanan müsahibəni Serj Sarqsyandan jurnalist Aleksey Zabrodin götürüb. Müsahibədə separatçı Dağlıq Qarabağ rejiminin bayrağının əks olunduğu və “Müstəqil Artsağa xoş gəlmisiniz” sözlərinin yazıldığı bilbordun şəkli yayımlanıb. Müsahibənin suallarından biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
1917-ci ildə nəşrə başlamış “İzvestiya” qəzetinin hazırkı baş redaktoru erməni əsilli Arsen Ohanesyandır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı