Sürücülərə hava xəbərdarlığı: Yollarda ehtiyatlı olun!
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi çətinliklərə görə sürücülərə xəbərdarlıq edib. Sürücülərə yağışlı havada sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək, işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunur.
Minval.info xəbər verir ki, güclü külək zamanı xüsusilə yük, qoşqulu və tentli nəqliyyat vasitələrinin sürücüləri küləyin hərəkət dayanıqlığına təsirini nəzərə almalıdırlar. İntensiv yağıntı nəticəsində su basmış və ya sel təhlükəsi olan yol sahələrinə daxil olmamaq, belə ərazilərdə mövcud məhdudiyyətlərə və polis əməkdaşlarının göstərişlərinə ciddi əməl etmək vacibdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yollarda tələsməməyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"