Turan Tovuz və Qarabağ evdə qələbə axtarır
Misli Premyer Liqasında IV turun son oyunları bu gün baş tutacaq. İlk qarşılaşmada ‘Turan Tovuz’ komandası ‘Sumqayıt’ı öz meydanında qəbul edəcək. Bu oyun saat 18:00-da başlayacaq. Hazırda ‘Turan Tovuz’ 4 xalla altıncı yerdədir, ‘Sumqayıt’ isə keçirdiyi bir oyunla hələ də xal qazana bilməyib və sonuncu – 12-ci yerdədir.
Minval.info xəbər verir ki, günün ikinci oyununda ‘Qarabağ’ komandası ‘Araz-Naxçıvan’ı qəbul edəcək. Bu matç saat 20:15-də start götürəcək. Ağdam təmsilçisi 6 xalla dördüncü sırada yer alır, Naxçıvan klubu isə 1 xalla 11-ci yerdədir. Hər iki oyun Misli Premyer Liqasının I dövrəsinin IV turu çərçivəsində keçirilir.
Qeyd edək ki, turun əvvəlki matçlarında ‘Qəbələ’ ‘İmişli’ni 2:1, ‘Şamaxı’ ‘Kəpəz’i 4:1, ‘Sabah’ ‘Zirə’ni 5:0, ‘Neftçi’ isə ‘Şəfa’nı 4:1 hesabı ilə məğlub edib.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək