Çağdaş qəzetçilik: Sosial medianın yüksəlişi
Çağdaş dövrdə qəzetçilik anlayışı sürətlə dəyişir. Kağız qəzetlər artıq tarixə çevrilməkdədir və bu, yalnız qəzet köşklərinin lotereya və elektron siqaretlər satılan məkana çevrilməsi ilə məhdudlaşmır. Oxumaq vərdişi dəbdən düşdüyü üçün sosial media fenomenləri, blogerlər, influenserlər və yutuberlər daha çox izləyici cəlb edirlər. Lakin ciddi və alternativ fikirləri eşitmək istəyənlər üçün obyektiv və peşəkar xəbərlər hələ də əhəmiyyətini qoruyur.
Minval.info xəbər verir ki, türkiyəli jurnalist Cüneyit Özdəmirin Yutub kanalında gündəmin müzakirəsinə həsr olunan verilişləri geniş izləyici kütləsi tərəfindən maraqla qarşılanır. Bu verilişlərdə Türkiyə və dünya gündəmində baş verən hadisələr peşəkar ekspertlərin iştirakı ilə müzakirə edilir və izləyicilərə düşünmək imkanı yaradılır.
Bu gün Azərbaycan sosial media məkanında belə səviyyəli müzakirələrə rast gəlmək çətindir. Lakin Şərif Ağayarın “Bakupost”da apardığı “Yazıçı postu”nda bu istiqamətdə müəyyən işartılar görünür və inkişaf etdirilərsə, dolğun bir layihəyə çevrilə bilər. Klassik qəzetçilər yeniliklərə çevik reaksiya verməli və peşəkarlığın üstünlük qazanacağına inanmalıdırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi