06.09.2026 - 14:03
Ölkə 6 baxış

Neftçi SOCAR 3x3 basketbolda yarımfinala yüksəldi

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” komandası ilə qarşılaşıb. Rəqibini 21:18 hesabı ilə məğlub edən “ağ-qaralar” yarımfinala yüksəlib.

Minval.info xəbər verir ki, “Neftçi SOCAR” komandası əvvəlki gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı isə 16:11 hesabı ilə məğlub edib, lakin Niderlanda 12:22 hesabı ilə uduzub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: